Ukraynaya yardım paketi göndərəcəklər

13.02.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Çin Ukraynaya “əlavə humanitar enerji yardımı paketi” göndərməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Çinin xarici işlər naziri Van Yi ilə danışıqlardan sonra bildirib.

O, görüşü mənalı və məhsuldar adlandırıb.

“Biz qarşılıqlı faydalı ticarət və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarına diqqət yetirdik”, - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью