Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Qış yaxınlaşdıqca Kiyev vəsait çatışmazlığı və ehtiyatların tükənməsi ilə üzləşir
Avropa Ukraynaya hərbi yardım göstərmək üçün təzyiq altındadır. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico"nun məqaləsində qeyd edilib.
Məqalədə qeyd olunub ki, "Ukraynanın hərbi əməliyyatlarını maliyyələşdirmək üçün pula ehtiyacı var. Bu, ABŞ-ın köməyinin böyük hissəsini dayandırmasından bəri Kiyevə silah və maliyyənin əsas hissəsini təmin edən Avropa müttəfiqlərinə təzyiq göstərir".
Nəşr yazıb ki, qış yaxınlaşdıqca Kiyev vəsait çatışmazlığı və ehtiyatların tükənməsi ilə üzləşir.
Bundan əvvəl Fransanın "Le Monde" qəzeti yazıb ki, bir çox Avropa İttifaqı rəsmiləri Ukraynaya maliyyə yardımını "səhranı suvarmaqla" müqayisə ediblər.