Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ukraynanın Poltava vilayətinə hücum edib. Əsas hədəf DTEK Naftogaz qaz hasilatı obyekti olub.
Reyting.az-ın məlumatına görə, Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladimir Koqut deyib ki, neft və qaz obyektlərinə ziyan dəyib.
“Xoşbəxtlikdən insan tələfatı olmayıb. Hücum nəticəsində 6 icmada 6450 istehlakçı qazsız qalıb. Bütün müvafiq xidmətlər hücumun nəticələrini aradan qaldırmağa çalışır”,- o qeyd edib.
Ukrayna mediası yazır ki, Rusiya Ukraynanın qaz hasilatını pozmağa davam edir. Ekspert Vladimir Omelçenkonun fikrincə, Ukrayna bu qış son nəticədə 4 milyard kubmetrə qədər qaz almalı olacaq.
Ekspert əlavə edib ki, ruslar böyük şəhərlərin istilik təchizatını çətinləşdirməyə çalışırlar.
Bundan əlavə, bu gün səhər saat 9:53-dən etibarən Ukraynanın bir sıra bölgələrində fövqəladə söndürmələr qüvvədədir. Dnepropetrovsk, Kirovoqrad, Kiyev, Poltava və digər vilayətlərdə elektrik enerjisi kəsilib.
V. QULİYEV