Ukryananın təhülkəsizliyi müzakirə olunub

25.08.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Yuliya Sviridenko bununla bağlı öz Telegram-kanalında paylaşım edib.
“Bu gün biz ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqla Ukrayna üçün təhlükəsizlik təminatları barədə danışdıq. Onlar real olmalıdır - BMT Nizamnaməsinə əsaslanaraq və suverenliyimizə hörmətlə. Bu, təkcə hərbi komponentlə yox, həm də siyasi sabitlik və iqtisadi qabiliyyətlə bağlıdır”, - Ukraynanın baş naziri yazıb.
Zelenski: “Ukrayna heç vaxt boyun əyməyəcək” | VİDEO Onun sözlərinə görə, güclü Ukrayna ordusu və iqtisadiyyatı respublikanın təhlükəsizliyinin real təminatıdır. Xanım Sviridenko vurğulayıb ki, Ukrayna Silahlı qüvvələrinin potensialını qorumaq və ölkə sənayesini inkişaf etdirmək lazımdır.
Xatırladaq ki, bundan əvvə ölkənin Müstəqillik Günü münasibətilə xalqa müraciətində Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Moskvanın kompromiss adlandırdığı rüsvayçılığa boyun əyməyəcəyini söyləyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью