Ulan Batorda lisenziya həyəcanı: Balabəy Ağayev yarımfinala yüksəlib YENİLƏNİR

19.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin altı cüdoçusu tatamiyə çıxıb. Onlardan üçü 1/4 finala yüksəlib, biri isə 1/8 finalda mübarizəni davam etdirəcək.

Turnirin önəmini artıran əsas məqamlardan biri də Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. Ulan-Bator Böyük Dəbilqəsində cari olimpiya tsiklində ilk dəfə olimpiadaya lisenziya xalları hesablanır.

Kişilər arasında 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov ilk görüşdə BƏƏ təmsilçisi Konstantin Simeonidisə qalib gəlib. Təmsilçimiz daha sonra italiyalı Biacio D'Ancelonu yuko xalı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Monqolustan cüdoçusu Suxbat Byambasuren olacaq.

Eyni çəkidə mübarizə aparan Balabəy Ağayev də 1/4 finala yüksəlib. Ukraynalı Artem Lesyuk tatamiyə çıxmadığı üçün cüdoçumuz mübarizəsiz növbəti mərhələyə adlayıb. Ağayev 1/8 finalda avstraliyalı Coşua Katzdan ipponla üstün olub. O, yarımfinala gedən yolda Gürcüstan təmsilçisi, dünya və Avropa çempionu Giorgi Sardalaşvilini osaekomi-vaza texnikası ilə məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda israilli İzhak Aşpizlə üz-üzə gələcək.

66 kq-da yarışan Ruslan Paşayev də uğurlu çıxışı ilə seçilib. Cüdoçumuz əvvəlcə Monqolustan idmançısı Turbold Tumurxunu qızıl xal bölümündə ipponla məğlub edib. Daha sonra Qazaxıstan təmsilçisi Nurkanat Serikbayev üzərində əzmkar qələbə qazanan Paşayev 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Ramazan Abdulayev olacaq.

Bu çəkidə çıxış edən digər təmsilçimiz Nizami İmranov ilk qarşılaşmada Hindistan idmançısı Rohit Basir Macqulu məğlub edib. O, 1/8 finalda Gürcüstan cüdoçusu Tornike Qiqauri ilə üz-üzə gələcək.

Qadınların yarışında isə təmsilçilərimiz mübarizəni dayandırıblar. 48 kq-da Şəfəq Həmidova yaponiyalı Vakana Koqaya, 52 kq-da Gültac Məmmədəliyeva macarıstanlı Reka Puppa məğlub olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью