Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" basketbol komandası heyətinə daha bir oyunçu qatıb.
Bu barədə Bakıvaxtı.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı hücumçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə "Gəncə"də çıxış edib.