Ulaş Tuna özündən 16 yaş kiçik xanımla sevgilidir?

15.10.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

“Taşacak Bu Deniz” serialının 37 yaşlı baş rol ifaçısı Ulaş Tuna Astepe sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktyor özündən 16 yaş kiçik qadınla eşq yaşadığı barədə iddialara menecerinin açıqlamasını paylaşmaqla reaksiya verib. Açıqlamada aktyorun nüfuzuna xələl gətirməyə yönələn sistemli cəhdlərə qarşı lazımi addımların atıldığı bildirilib.

“Aktyorumuzun nüfuzunu hədəf alan bu sistemli gözdənsalma cəhdi ilə bağlı lazımi addımlar atılıb. Bu qədər təşkilatlanmış və qəsdən həyata keçirilən hücumun görməzdən gəlinməməli olduğunu düşünürük. Prosesin izləyicisi olmağa davam edəcəyik” deyə, menecerin açıqlamasında qeyd olunub.

Aktyor, həmçinin təhqir, təqib və böhtan xarakterli paylaşımların tarixləri ilə birlikdə onlara göndərilməsini istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью