Ulduz aktrisanın yaxın dostu da yanğında öldü FOTO

13.01.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hollivud ulduzu Cennifer Qarnerin yaxın dostu Los-Ancelesdə baş verən meşə yanğınlarında dünyasını dəyişib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, aktrisa bu ağır itki barədə danışaraq göz yaşları içində hadisənin detallarını bölüşüb:

"Bir dostumu itirdim. O, yanğından vaxtında xilas ola bilmədi," - deyə Qarner vurğulayıb.

Qarner 25 ildir yaşadığı Palisades ərazisində yanğından təsirlənənlərə maddi dəstək göstərəcəyini açıqlayıb. Yanğında zərər görən evlər arasında onun da lüks malikanəsi yer alır.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью