Ulduz basketbolçu hakimə qarşı aqressiv davrandığı üçün oyunlardan kənarlaşdırıla bilər

26.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin "Filadelfiya" klubunun basketbolçusu Coel Embiidə hakim Cenna Şröderə qarşı aqressiv davranışına görə maliyyə sanksiyaları tətbiq edilə və o, oyunlardan kənarlaşdırıla bilər.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Milli Basketbol Liqasında (NBA) Filadelfiya klubunun "San-Antonio"ya qarşı matçında (111:106) baş verib. Basketbolçu rəqib komandanın oyunçusu Viktor Vembanyamaya qarşı qaydanı pozsa da, hakimin qərarı ilə razılaşmayıb və mübahisə etməyə başlayıb.

Söhbət tezliklə mübahisəyə çevrilib və oyunçu iki texniki folla meydandan kənarlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью