Ulduz basketbolçu yenidən zədələnib İdman və Biz

29.12.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

NBA-da "Memfis Qrizzils" aparıcı oyunçusu Ca Morantı qeyri-müəyyən müddətə itirib.

İdman.biz xəbər verir ki, ulduz basketbolçunun çiynindəki körpücük sümüyü sınıb.

Morant "Nyu-Orlean Pelikans"la görüşdə sıradan çıxıb. "Memfis"in 132:124 hesablı qələbəsi ilə başa çatan matçda Ca təxminən 25 dəqiqə meydanda olub və 25 xal toplayıb. Nəticədə 25 yaşlı basketbolçu sabah "Oklahoma-Siti Tander"lə qarşılaşmada meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Morant ötən mövsümdə də eyni zədədən əziyyət çəkib və uzun müddət meydana çıxa bilməyib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью