Ulduz futbolçu barədə qərar açıqlandı

10.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente gənc hücumçu Lamin Yamalın Millətlər Liqasının Çexiyaya qarşı noyabrın 12-də keçiriləcək oyununda iştirak etməməsinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, EFE agentliyinə danışan təcrübəli mütəxəssis idmançının sağlamlığını riskə atmaq istəmədiklərini bildirib:

“Bu, doğru qərar idi. Əlbəttə, o oynamaq istəyirdi və təcili ehtiyac yaransaydı, şans verə bilərdik. Lakin risk etməyə dəyməzdi. Biz hər şeydən əvvəl onun sağlamlığını düşünürük”.

Yamalın Çempionlar Liqasında “Barselona”nın “Aston Villa”ya 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra sağ dizində iltihab və rahatsızlıq hiss etdiyi qeyd olunub. İspaniya ylğmasının düşərgəsinə noyabrın 12-si axşam və ya 13-ü səhər qoşulacaq 19 yaşlı futbolçunun İngiltərə ilə oyuna qədər iki məşqdə iştirakı planlaşdırılır.

Qeyd edək ki, Millətlər Liqasının A-3 qrupunda 12 xalla 1-ci sırada qərarlaşan İspaniya millisi noyabrın 12-də səfərdə Çexiya, noyabrın 15-də isə doğma meydanda İngiltərə ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью