Ulduz futbolçu Beşiktaşdan gedir

26.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin "Beşiktaş" klubunda daha bir ayrılıq yaşanacaq. 

"Cebheinfo.az" xəbər verir ki, söhbət Artur Masuakudan gedir.

O, son vaxtlar matçlarda etdiyi səhvlərlə azarkeşlərin sərt tənqidlərinə səbəb olur. Üstəlik, azarkeşlər oyunlarda Masuakunu fitə basırlar. 

Bütün bu yaşananların fonunda klub da onunla bağlı qərar verib. Belə ki, 31 yaşlı futbolçu ilə yanvar ayında yollar ayrılacaq. Onun mayda bitəcək müqaviləsinə birdəfəlik xitam veriləcəyi gözlənilir.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью