Ulduz futbolçu içkiyə görə sürücülükdən məhrum edildi

06.02.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliya "Korintians"ının futbolçusu Memfis Depay Monakoda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalanıb.

Teleqraf.com "RMC Sport"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunu 6 avqust 2024-cü ildə "knyazlıq"da "Rolls-Roys" avtomobilininin sükanı arxasında ikən polis saxlayıb.

Nəticədə Monakonun ədliyyə strukturu niderlandlı forvardı iki il müddətinə sürücülük hüququndan məhrum etməklə yanaşı, 9 min avro cərimələyib.

Qeyd edək ki, Memfis Depay Niderland yığma komandasının üzvüdür. Fransanın "Lion", İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Yunayted" komandalarındakı çıxışları ilə tanınan futbolçu cari mövsüm "Korintians"ın heyətində 4 oyuna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью