Ulduz futbolçu irqçiliyə görə klubu tərk etdi

01.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Ulduz futbolçu irqçiliyə görə klubu tərk etdi

Fransalı futbolçu Allan Sent-Maksimen Meksikanın "Amerika" klubu ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, "Nyukasl"ın sabiq oyunçusu bu qərarı ailəsinin irqçi hücumlara məruz qalması səbəbindən verib. Futbolçu sosial şəbəkə hesabında hadisə ilə bağlı çox sərt bəyanat yayıb:

"Problem dərinin rəngində deyil, düşüncələrin rəngindədir. Mənə qarşı hücumlar problem deyil, mən böyümüşəm və cavab verməyi öyrənmişəm. Lakin bir şeyi əsla qəbul etmərəm, o da uşaqlarıma qarşı aqressiyadır".

Futbolçu uşaqlarını hədəf alanlara xəbərdarlıq edib:

"Uşaqlarımı qorumaq mənim əsas vəzifəmdir. Onlara toxunmağa cürət edənlərə səslənirəm: siz böyük səhv etdiniz. Məni qorxuda biləcək heç bir insan və ya təhdid yoxdur. Bu dünyada qorxduğum yeganə varlıq Allahdır".

Qeyd edək ki, vinger "Amerika"ya 2025-ci ilin yayında qoşulmuşdu. O, Meksika klubunun heyətində keçirdiyi 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью