futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays yaxın gələcəkdə komandasını dəyişmək niyyətində deyil.
Futbolpress.az xəbər verir ki, “topçular” hazırkı sözləşməsi 2028-ci ilin iyununa qədər qüvvədə olan ingiltərəli futbolçu ilə əməkdaşlığı uzatmağı planlaşdırır. baş məşqçi Mikel Artetanın bu məsələnin “zaman məsələsi” olması ilə bağlı sözlərini təsdiqləyən Rays Millətlər Liqasında İspaniyaya qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında klubdakı durumundan məmnunluğunu ifadə edib:
“Karyeram boyunca belə sabit səviyyədə çıxış edə bildiyim üçün inanılmaz dərəcədə şanslıyam. Mən daim qarşısına hədəflər qoyan, hər zaman daha çoxuna can atan oyunçuyam. Çalışdığım klublarda həmişə sabit olmuşam. Ümid edirəm ki, yeni müqavilə tezliklə rəsmiləşəcək. Arteta kimi baş məşqçinin mənə bu qədər etimad göstərdiyi bir klubda oynadığım üçün çox xoşbəxtəm. Mənə enerji və səy sərf edən komanda yoldaşlarım var. Bu barədə narahat olmamaq böyük xoşbəxtlikdir və futbol oynamağı xeyli asanlaşdırır”.
Xatırladaq ki, 2023-cü ilin iyulunda “Vest Hem”dən klub rekordu sayılan 105 milyon funt-sterlinqə transfer olunan Rays artıq üç ildən çoxdur London təmsilçisinin şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə 173 oyuna çıxaraq 22 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin “Arsenal”ın 22 illik fasilədən sonra qazandığı Premyer Liqa çempionluğunda pay sahibi olub.