Ulduz futbolçu klubunu tərk edəcək özü açıqladı

14.05.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Lill”in formasını geyinən Devid Conatan gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

25 yaşlı oyunçunun Liqa 1 klubu ilə olan müqavilə müddəti bu ilin yayında başa çatır.

2020-ci ildən “Lill”də çıxış edən Conatan 231 oyunda 109 qol vurub və 30 dəfə assist edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью