Ulduz futbolçu ölkəsinə qayıdır

17.05.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Anxel Di Mariya mövsümün sonunda "Benfika"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, "İnter Mayami" argentinalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Di Mariya özü ölkəsinə qayıtmağı planlaşdırır. 37 yaşlı futbolçu "Rozariyo Sentral"a keçmək niyyətindədir.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü "Rozariyo Sentral"ın yetirməsidir. Təcrübəli oyunçu 2007-ci ildə klubdan ayrılaraq Avropaya yollanıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью