Ulduz futbolçu Perezə getmək istədiyini açıqladı Real da üsyan

25.08.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Real Madrid”in futbolçusu Rodriqo klubdan getmək istəyir.

Metbuat.az xəbər verir ki, “Arsenal” və “Liverpul” klublarının futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür. İddialara görə, “Mançester Siti” Rodriqonu transfer etmək istəsə də, bu transferin reallaşması Savio Moreyranın “Tottenhem”ə transferi ilə bağlıdır. Bildirilir ki, Savio Moreyra “Tottenhem”ə transfer olandan sonra “Mançester Siti” Rodriqonu transfer edə bilər. İddialara görə, futbolçu “Real”ın prezidenti Florentino Perezlə görüşərək, ona klubdan getmək istədiyini ifadə edib.

Qeyd edək ki, Rodriqo 2019-cu ildə “Santos”dan “Real”a 45 milyon avroya transfer edilib. Futbolçu "Real"ın heyətində 270 oyunda 68 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью