Ulduz futbolçu ​ Qalatasaray dan gedir Yeni gəlmişdi

24.04.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Qalatasaray"ın mövsümün fasiləsində icarə əsasında heyətinə cəlb etdiyi Alvaro Morata klubdan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Bildirilir ki, Alvaro Morata müqaviləsi yekunlaşmadan "Qalatasaray"dan ayrıla bilər. Moratanın mövsümün sonunda “Milan”a dönəcəyi irəli sürülür. Xəbərdə Moratanın “Qalatasaray” macərasının uğursuz olduğu və futbolçunun gələn mövsüm oyun vaxtı qazanacağına əmin olmadığı vurğulanıb. "Qalatasarayı"nın böyük hədəfləri olduğu və buna görə də hücum xəttini gücləndirməyə çalışacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray"ın heyətində 10 matçda 581 dəqiqə meydanda olan Morata 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью