Ulduz futbolçu “Qarabağ”a qarşı oynamayacaq

26.11.2024

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Lion” Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində Bakıda "Qarabağ”ın qonağı olacaq.

"Qafqazinfo” xəbər verir ki, Fransa təmsilçisi Azərbaycana iki itki ilə gələcək. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçular Vilfred Zaha və Gifr Orban ölkəmizə səfər edəcək heyətə daxil edilməyib.

Qeyd edək ki, "Qarabağ” - "Lion” qarşılaşması 28 noyabr tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью