Ulduz futbolçu “Qarabağ”a qarşı oynamayacaq FOTO

26.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Lion” Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq.

Gununsesi.info xəbər verir ki, Fransa təmsilçisi Azərbaycana iki itki ilə gələcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçular Vilfred Zaha və Gifr Orban ölkəmizə səfər edəcək heyətə daxil edilməyib.

Qeyd edək ki, “Qarabağ” – “Lion” qarşılaşması 28 noyabr tarixində saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью