Ulduz futbolçu “Real”ı tərk edir Səbəb

14.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real”ın braziliyalı vingeri Vinisius Junior “kral klubu”nu tərk edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı (2:5) komandanın və özünün çıxışından çox məyus olub. Qeyd olunur ki, mövsümün sonunda futbolçu karyerasını Madriddən kənarda davam etdirmək variantlarını nəzərdən keçirəcək.

2024/25 mövsümündə Vinisius Junior klub səviyyəsində 24 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 200 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью