Ulduz futbolçu təyyarədə huşunu itirmiş şəxsi xilas edib?

13.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

"Mançester Yunayted"in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandeş təyyarə uçuşu zamanı huşunu itirmiş sərnişinə kömək edib.

Publika.az xəbər verir ki, hadisə Mançesterdən Lissabona uçan təyyarədə baş verib. Bu barədə onunla biznes sinfində əyləşən sərnişin məlumat yayıb.

"Bruno ayaqyoluna tərəf getdi. Birdən biz kömək üçün fəryad eşitdik. Huşunu itirməkdə olan bir şəxsin onun qucağında olduğunu gördük".

Qeyd edək ki, Fernandeş həmin zaman milli komandanın düşərgəsinə yollanırdı.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью