Ulduz futbolçu xəstəxanadan evə buraxıldı

17.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" klubunun sabiq futbolçusu, hazırda Braziliyanın "San-Paulu" klubunda çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun "X" hesabında məlumat verilib.

Futbolçu noyabrın 12-də tibbi müayinə nəticəsində ürəklə bağlı problemlər aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilmişdi.

Oskar dörd gündən sonra xəstəxanadan evə buraxılıb. Onun xəstəxanada bu qədər müddət qalması müayinədən sonra yaranan kardioloji ağırlaşmalarla bağlı olub.

Xəstəxanada qaldığı bütün müddət ərzində onun vəziyyəti stabil olub və futbolçu özünü yaxşı hiss edib. Məlumata görə, Oskar növbəti günlərdə həkimlərin təyin etdiyi istirahət rejiminə davam edəcək.

Xatırladaq ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçin 2024-cü ilin dekabrında "San-Paulu" komandasına qoşulub. "Çelsi" ilə iki dəfə İngiltərə çempionluğu yaşayan Oskar Braziliya milli komandasında 48 oyun keçirib və 12 qol vurub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью