Ulduz futbolçular sosial şəbəkələrdən nə qədər qazanırlar? Mbappe 4 cü yerdədir

20.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Məşhur futbolçuların instaqram sosial şəbəkəsində reklamlar sayəsində əldə edikləri gəlir bəlli olub.

Fanat.Az xəbər verir ki, bunu "Game Set & Match" şirkəti araşdırıb.

Birinci pillədə "Əl-Nəsr"in (Səudiyyə Ərəbistanı) portuqaliyalı superulduzu Kriştianu Ronaldu qərarlaşıb. O, bir paylaşımdan 1,4 milyon dollar qazanır.

ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi (1,1 milyon dollar) ikinci, Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına məxsus Neymar (615 min dollar) üçüncüdür.

İspaniya təmsilçisi "Real Madrid"ın fransalı forvardı Kilian Mbappe (383 min dollar) dördüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью