Ulduz futbolçunun ailəsi yaşadıqları şəhəri tərk etdi

13.01.2025

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

Ulduz futbolçunun ailəsi yaşadıqları şəhəri tərk etdi

Mövsümün əvvəlində "Latsio"dan transfer edilən Çiro İmmobile "Qara Qartallar"da karyerasına yaxşı başlasa da, sonradan ardıcıllığını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bir müddət əvvəl "Beşiktaş"ın öz meydanında Bodrum FK-nı 2:1 hesabı ilə məğlub etdiyi matçda qol vuran İmmobile komandasının qələbəsinə töhfə verən futbolçunun ailəsinin İtaliyaya döndüyü bildirilirdi.

Fanatikdə yer alan xəbərə görə, təcrübəli mərkəz hücumçunun ailəsinin İstanbulda xoşbəxt olmadığı və İtaliyaya qayıtdığı bildirilib. Serie A komandalarından təklif alan uğurlu adın İtaliyaya dönməyə də müsbət baxdığı öyrənilib.

Təcrübəli futbolçunun menecerinin bu həftə prezident Serdal Adalı ilə görüşəcəyi gözlənilir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью