Ulduz futbolçunun Fənərbaxçaya transferi reallaşır Güzəşt edildi

10.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

Adı "Fənərbaxça" ilə hallanan Anderson Taliskanın transferi ilə bağlı yeni məlumatlar dərc edilib.

Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” Taliskanın transferi ilə bağlı güzəştlər edib. “TeamTalk”ın xəbərinə görə, “Fənərbaxça” “Əl-Nəssr”ə rəsmi transfer təklifi göndərib. Taliska üçün edilən təklifin təfərrüatları açıqlanmayıb. Məlumata görə, “Əl-Nəssr” transferi asanlaşdırmaq üçün transfer haqqını aşağı sala bilər.

Qeyd edək ki, braziliyalı superulduz Anderson Taliskanın “Əl-Nəssr”lə müqaviləsi 2026-cı ildə yekunlaşır. Bu mövsüm “Əl-Nəsr”in heyətində 19 oyuna çıxan braziliyalı futbolçu 8 qola imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью