Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Joao Feliksin gələcəyi transer gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nəvaf Əl-Təmimi məlumat yayıb.
Adı “Barselona” ilə hallanan portuqaliyalı hücumçunun Yanvar transfer pəncərəsində və ya mövsüm ərzində azad agent statusu alması mümkün deyil. Buna səbəb futbolçunun müqaviləsində avtomatik uzadılma şərtinin yer almasıdır.
Əhməd Əl-Sultanın rəhbərlik etdiyi “Əl-Nəsr” idarə heyəti, Feliksin sözləşməsini birtərəfli qaydada 2029-cu ilin yayına qədər uzatmaq üçün hüquqi prosedurlara başlamaq niyyətindədir. Bu addım oyunçunun meneceri Xorxe Mendeşin müqavilənin 2027-ci ildə başa çatan ilkin müddətindən istifadə edərək onu “Barselona”ya pulsuz və ya cüzi məbləğə transfer etmək planlarının qarşısını alacaq.
Hələlik rəsmi elan verilməsə və futbolçunun düşərgəsinin Avropaya qayıtmaq istədiyi bildirilsə də, portuqaliyalı hücumçunun taleyi tam şəkildə Səudiyyə klubunun nəzarətindədir.