Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qadın Voleybol Milli Komandası və Rusiyanın “Lokomotiv Kalininqrad” klubunda çıxış edən Türkiyənin milli voleybolçusu Ebrar Karakurt komanda yoldaşı Yuliya Brovkina ilə ciddi mübahisə edib.
“Cebheinfo.az” xəbər verir ki, Karakurtun idman zalının dayanacağındakı Brovkinanın avtomobilinə ciddi ziyan vurub.
Belə ki, tez-tez birlikdə görüntülənən ikili mövsümün əvvəlində naməlum səbəbdən mübahisə edib.
Karakurt və Brovkina ötən həftələrdə məşqdə üz-üzə gəliblər. Ebrar Karakurt paltardəyişmə otağında Brovkinaya fiziki hücum edib.
Komanda yoldaşlarının müdaxiləsi ilə hadisənin qarşısı alındığı bildirilib.
Bildirilib ki, qəzəbi səngiməyən Ebrar Karakurt idman zalının dayanacağına gedib və Brovkinanın avtomobilinə ciddi ziyan vurub.
Təhlükəsizlik kamerasına əks olunan görüntülərin komanda daxilində böyük böhrana səbəb olduğu qeyd olunub.