“Ulduz” jurnalının xüsusi buraxılışı ictimaiyyətə təqdim olunub

23.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sumqayıtda Əli Kərim adına Poeziya Evində "Ulduz" jurnalının böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

XQ xəbər verir ki, xüsusi buraxılış AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC və jurnalın birgə layihəsidir.

Tədbirdə çıxış edən Sumqayıt poeziya evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan xüsusi buraxılış haqqında danışıb.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamının söz sənətinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirib və yubiley buraxılışının hazırlanmasından danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, "Ulduz" jurnalının əməkdaşlarından Təranə Vahid və digərləri “Xaqan zaman, məkan, dövr”, “Xaqani və müasirlərimiz”, “Xaqaninin tədqiqi” kimi mövzulara toxunublar.

Tədbir bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью