Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya şöhrətli müğənni Mayli Sayrus beş illik sevgilisi, təbilçi Maks Morando ilə ailə qurub.
SİA xəbər verir ki, cütlüyün toyu noyabrın 21-də ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində, yaxın ailə üzvlərinin iştirakı ilə baş tutub.
Məlumata görə, 33 yaşlı müğənni və 28 yaşlı Morando hovuz kənarında, ağ canlı güllərlə bəzədilmiş tağın altında bir-birlərinə sevgi andı içiblər. Mərasimdə Maylinin anası Tiş Sayrus və bacısı Noa da iştirak edib. Toydan əvvəl isə cütlük “M+M” adlı xüsusi menyunun təqdim olunduğu şam yeməyi təşkil edib.
Mətləb