Ulduz oyunçu ilə 500 milyonluq yeni müqavilə imzalandı

08.04.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Toronto Blue Jays” lideri Vladimir Gerrero Junior ilə yeni 14 illik müqavilə ilə bağlı razılığa gəlib. SİA xəbər verir ki, bu müddət ərzində beysbolçu 500 milyon dollar qazanacaq. Bununla da klub əsas ulduzunu uzun müddət komandada saxlamaq istədiyini nümayiş etdirib. 26 yaşlı Gerrero 2018-ci ildə “Toronto”da çıxış edir. O, 4 dəfə “All-Star” komandasına seçilib və 2021-ci il mövsümündə “Qızıl Əlcək” Mükafatını qazanıb.

Qeyd edək ki, Dominikanlı idmançı ötən əsrin 90-cı illərinin beylboz ulduzu Vladimir Gerreronun oğludur. Onun atası 9 dəfə “All-Star”a seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью