Ulduz oyunçular DÇ 2026 üçün İspaniyanın heyətinə salınmadılar

13.05.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Ulduz oyunçular DÇ-2026 üçün İspaniyanın heyətinə salınmadılar

Madrid “Real”ının müdafiəçisi Daniel Karvahal və “Komo”nun (İtaliya) hücumçusu Alvaro Morata 2026-cı il dünya çempionatını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 55 nəfərlik geniş heyətə hər iki futbolçunu daxil etməyib və qərarın dəyişməsi gözlənilmir.

Bildirilir ki, De la Fuente uzun müddət Karvahal və Moratanın çıxışını izləsə də, zəif forma və tez-tez zədələnmələri səbəbindən onlara dəvət göndərməyib. Mütəxəssis hazırda klublarında daha yaxşı vəziyyətdə olan futbolçulara üstünlük verib.

Qeyd edək ki, Daniel Karvahak və Alvaro Morata daha əvvəl İspaniya millisinin kapitanlarından olublar. Mundial üçün yekun 26 nəfərlik heyət mayın 25-də açıqlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью