futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real”ın (Madrid) təcrübəli qapıçısı Tibo Kurtua daha cazibədar maliyyə şərtləri təklif edən klubların marağına baxmayaraq, İspaniya “nəhəng”ində çıxışını davam etdirmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı belçikalı qolkiper “Kral klubu” ilə 2027-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsinin müddətini tam başa vurmağı planlaşdırır. Təcrübəli əlcək sahibi peşəkar futbolçu karyerasına məhz “Real”da nöqtə qoymağı hədəfləyib.
Tibo Kurtua 2018-ci ilin yayından Madrid təmsilçisinin şərəfini qoruyur. O, bu müddət ərzində komanda ilə birlikdə 2 dəfə Çempionlar Liqası daxil olmaqla, ümumilikdə 14 titul qazanıb.
Kurtua cari mövsümdə “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 8 rəsmi matçda meydana çıxıb və qapısında 9 qol görüb.