Ulduz qapıları filminin davamı çəkiləcək

21.11.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Amazon MGM Studios" şirkəti yerli, o cümlədən əcnəbi tamaşaçıların səbirsizliklə gözlədiyi yeni ekran əsərinin - "Ulduz qapıları" serialının istehsalına başlayıb.
Reyting.az
xəbər verir ki, şirkət, kult film sayılan "Ulduz qapıları" franşizasının yeni serialının çəkilişlərinə "yaşıl işıq" yandırdığını açıqlayıb.
"Variety" nəşrinin məlumatına görə, yeni layihənin yaradıcı rəhbəri uzun illər bu ekran əsəri üzərində işləyən rejissor Martin Qerodur.
Yeni filmin süjet detalları açıqlanmayıb.
Fantastik serialın nümayişi "Amazon" şirkətinin arzuladığı kimi, əvvəlcə "Prime Video" platformasında yayımlanacaq.
Qero bildirib ki, onun televiziya karyerası məhz "Ulduz qapıları: Atlantida" filmi ilə başlayıb və buna görə də yeni layihəni kino həvəskarlarına həsr edir.
Xatırladaq ki, "Amazon" şirkəti 2022-ci ildə "MGM" studiyasını aldıqdan sonra bu fantastik ekran əsərinin davamının lentə alınması ilə bağlı planlar gündəmə gəlmişdi.
"Ulduz qapıları" adlanan bu ekran əsəri ilk dəfə 1994-cü ildə Ceyms Spayder və Kurt Rasselin rol aldığı tammetrajlı filmlə başlayıb.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью