Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı aktyor Maykl Forest 97 yaşında ABŞ-nin Nevada ştatının Sparks şəhərində vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.
Aktyor son illər yaşadığı qocalar evində dünyasını dəyişib.
Qeyd edək ki, Maykl “Ulduz yolu” serialındakı "Apollon" obrazı ilə məşhurlaşıb. O, həmçinin “Tənha”, “Kinq Konq yaşayır”, “Casus” kimi məşhur film və seriallarda rol alıb.