Ulduzlu görüşlər in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu FOTOLAR

15.03.2025

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyinin  Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. "Ulduz" ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak edib. 

 "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib. Ardınca "Ulduz" jurnalının şöbər redaktorları Dayandur Sevgin,  Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru  Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış edib. Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb.

Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью