Ulduzu bu komanda istəyir

08.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

İtaliya millisində bir zamanlar top qovmuş Lorentso İnsinye ölkəsinə qayıda bilər.

News24.az xəbər verir ki, təcrübəli futbolçunu "Montsa" heyətinə qatmaq istəyir.

A seriyası təmsilçisi 33 yaşlı təcrübəli futbolçunun keçidi üçün vacib addımlar atır.

İnsinye 2022-ci ildə "Napoli"dən "Toronto"ya transfer olunub. O, MLS təmsilçisinin heyətində keçirdiyi 63 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, Lorentsonun "Toronto" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ağa Dadaşzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью