Ülkər Nuridən yeni paylaşım: Arxiv görüntüləri yayıldı VİDEO

13.08.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Müğənni Ülkər Nuri sosial media hesabında mərhum Xalq artisti, sevilən aktyor Yaşar Nurinin arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı paylaşımında atasının şeir dediyi nadir kadrları təqdim edib. 

Kadrlarda Yaşar Nurinin səmimi və emosional şəkildə səsləndirdiyi şeir izləyicilərə nostalji anlar yaşadıb.

Ülkər Nuri həmin videonu çəhrayı ürək stikerilə paylaşaraq atasına olan sevgisini ifadə edib. 

Qeyd edək ki, Yaşar Nuri Azərbaycan teatr və kino sənətində iz qoymuş, unudulmaz rolları ilə tamaşaçıların rəğbətini qazanmış sənətkarlardandır.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью