Icma.az bildirir, Publika.az saytına əsaslanaraq. Dünyanın bir çox yerlərində davam edən müharibələr ultra zənginlərin yeni əyləncəsinə çevr
Böyük tələbat olan və “qaranlıq turizm” adlanan bu tendensiya üçün döyüş meydanlarını ziyarətçilərin üzünə açan ölkələr var.
Publika.az xəbər verir ki, son illərdə adi turizmdən kənara çıxmaq istəyən səyahətçiləri cəlb edən yeni səyahət tendensiyası yaranıb.
“Qaranlıq turizm” adlanan bu tendensiya bəşər tarixində travmatik hadisələrin, fəlakətlərin və ya dəhşətli izlərin geridə qaldığı yerləri araşdırmaq növüdür.
İstiqamətlər, ümumiyyətlə döyüş meydanları, köhnə həbsxanalar, təbii fəlakətlərə məruz qalmış bölgələr, soyqırımı muzeyləri və ya terror aktlarının baş verdiyi şəhərlərdir.
Xüsusilə yaşlı və imkanlı turistlər tərəfindən bu sahəyə tələbat günü-gündən artır.
“Future Market Insights”ın “Dark Tourism Market Outlook” hesabatına görə, bazarın 2024-cü ildə 31,89 milyard dollara, bazar dəyərinin isə 2034-cü ildə 40,82 milyard dollara çatacağı gözlənilir.
Hesabatda bildirilir ki, "qaranlıq turizm"in populyarlığının artması müəyyən istiqamətlərin romantikləşdirilmiş variantlarını əks etdirən sənədli filmlərin və televiziya proqramlarının çoxalaması ilə bağlıdır.