“Ultras Turan” niyə pankart açmadı?

03.12.2024

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Turan Tovuz” Misli premyer-liqasının 15-ci turunda səfərdə “Araz-Naxçıvan”a minimal hesabla məğlub oldu – 1:0.

Maraqlı məqam odu ki, “Ultras Turan” pankartı stadionda açılmadı. Bunun səbəbini öyrənmək üçün “Turan Tovuz”un azarkeşlərlə əlaqələndiricisi Kamal Saqqayevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:

“Heç bir səbəb yoxdu. Yenisini düzəldirdik deyə çatdıra bilmədik. Əvvəlki yaxşı vəziyyətdə deyildi”.


Kamal bəy eyni zamanda komandanın qeyri-sabit çıxışı haqda da danışdı:

“Araz-Naxçıvan”la oyunda Bakıya qələbə üçün gəlmişdik. Deməzdim ki, zəif oynadıq. İnşallah, qışdan sonra fərqli “Turan Tovuz” görəcəyik”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью