Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyin dalğalarını birbaşa dəyişdirmək üçün ultrasəs texnologiyasından istifadə edən innovativ beyin-kompüter interfeysi (BCI) sistemi Böyük Britaniyada Milli Səhiyyə Xidməti (NHS) tərəfindən klinik sınaqdan keçirilir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər ki, yeni qurğu depressiya, asılılıq və epilepsiya kimi xəstəliklərin müalicəsində inqilab yarada bilər.
Kəllə altına, lakin beynin xaricinə yerləşdiriləcək bu implant, neyronların fəaliyyətini xəritələşdirir və ultrasəs dalğaları ilə müəyyən bölgələri stimullaşdırır.
Böyük Britaniyanın Qabaqcıl Tədqiqat və İnnovasiyalar Agentliyinin (Aria) 6,5 milyon funt sterlinq maliyyə dəstəyi ilə həyata keçirilən tədqiqat təxminən 30 xəstədə cihazın təhlükəsizliyini və dözümlülüyünü yoxlayacaq.
Aria Proqram Direktoru Jak Karolan: "Neyrotexnologiyalar davamlı depressiya, epilepsiya, asılılıq və yemək pozğunluğu kimi xəstəliklərin müalicəsində inqilab edə bilər.
Mövcud yeniliklər beyin xəstəlikləri ilə mübarizədə kritik dönüş nöqtəsini ola biləcək", - deyib.
Sınaq beyin-kompüter interfeysi texnologiyasındakı sürətli irəliləyişlərin bir hissəsi kimi qəbul edilir.