“Ultraslan” lideri saxlanılıb

09.08.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qalatasaray” azarkeş qruplaşması “Ultraslan”ın lideri Sebahattin Şirin saxlanılıb.

Apasport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İstanbul Baş Prokurorluğunun qərarı ilə Şirin barəsində saxlanılma qərarı verilib. O, ictimaiyyəti çaşdıran məlumatların yayılması, narkotik vasitələrin saxlanılması və istifadəsi, mütəşəkkil şəkildə qanunsuz bilet alveri və dələduzluqda ittiham olunur.

Şirinlə bağlı araşdırma İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılır.

Lukaku Türkiyədə çıxış edəcək? “Arsenal”a qarşı oyunlar həmişə çətin keçib” “Leypsiq”də ciddi itki “Roma” Pelleqrini ilə bağlı qərarını verdi Tyaqo Almada Argentinaya qayıtdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью