Ulu Öndər azərbaycançılığı dövlətçiliyə tətbiq etdi | Icma.az
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri var.
Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb.
Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib.
Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub.
1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra ölkəmiz müstəqillik yoluna qədəm qoydu və bununla da Azərbaycan tarixində yeni bir səhifə açıldı.
Lakin xalqımızın şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı idi.
Müstəqilliyimizin ilkin mərhələsində - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərcmərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi.
Tam oxu
Xəbəri oxu