Ulu Öndər həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşıb | Icma.az
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşm
Dil insanlar arasında təkcə ünsiyyət faktoru deyil, o, xalqın kimliyini, mentalitetini əks etdirən, maaddi mənəvi irsini qoruyan vasitə, eyn
Dil nəinki özündə tarix yaşadır, o, insanın keçmişi, bugünü və sabahına körpü rolunu oynayır.
Dil insanın dünya görüşünün genişlənməsində, təhsil almasında, şəxsiyyət kimi cəmiyyətdə formalaşmasında böyük rola malikdir.
Ulu öndər Heydər Əliyevin dediyi kimi : “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”.
Azərbaycan dili əcdadlarımızdan bizə qalan ən dəyərli mirasdır və dilimizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsi heç də asan olmayıb.
Tarixən mürəkkəb ictimai-siyasi rejimlərdən üzüağ çıxan, müdaxilələrə – assimilyasiyaya qarşı davamlı olan Ana dilimiz tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlığımızdır.
Qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik sistemə, çoxcəhətli və əhatəli üslublara malik olan Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarım-qrupuna daxildir.
Tam oxu
Xəbəri oxu