Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri VİDEO

15.06.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevnin nadir arxiv görüntüləri sosial şəbəkələrdə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, yayılan kadrda Heydər Əliyevin iştirak etdiyi rəsm sərgisində fiziki məhdudiyyətli gənc rəssamla səmimi söhbəti əks olunub. Görüntülərdə Ümummilli Liderin gəncin yaradıcılığı ilə yaxından maraqlandığı və onun müraciətini diqqətlə dinlədiyi görünür.

Arxiv kadrlarında gənc rəssamın xahişini nəzərə alan Heydər Əliyevin həmin vaxt tədbirdə iştirak edən Bakı şəhərinin rəhbərliyinə məsələ ilə bağlı müvafiq tapşırıq verdiyi də yer alıb.

Səmimi dialoq və göstərilən diqqət izləyicilərin marağına səbəb olub. Sosial şəbəkə istifadəçiləri görüntüləri geniş şəkildə paylaşaraq həmin anların xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Nadir kadrlar qısa müddətdə böyük maraq toplayıb.

Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью