Ulu öndərə həsr olunmuş ciu citsu turniri

22.05.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş turnir keçirilib.

Yarışda Bakı şəhəri və respublikanın müxtəlif bölgələrindən ayrı-ayrı yaş qrupları və çəki dərəcələrində olan 200-ə qədər uşaq, yeniyetmə və gənc ciu-citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə güclərini sınayıblar.

Yekun nəticəyə görə, Suraxanı Braziliya ciu-citsu komandası 1-ci yeri tutub. İkinci yeri Bakı Braziliya ciu-citsu Akademiyası tutub. Üçüncü yerə isə Əkbər Hadiyev Braziliya ciu-citsu komandası layiq görülüb.

Turnirdə güclərini nümayiş etdirən idmançılar sonda medal, sertifikat və mükafatlarla təltif olunublar.

L.AZAD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью