Icma.az, Azertag saytına istinadən bildirir. Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC Hər bir dövlətin inamlı inkişafını təmin edən strate
Tarixi-siyasi və coğrafi şəraitdən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.
Bu mənada Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.
İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 10-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderə həsr olunan sərgiyə baxıblar.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dahi rəhbərə həsr olunan film nümayiş olunub.Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadənin “Azərbaycan Konstitusiyasının və Suverenliyinin təminatçısı - Heydər Əliyev” mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan və bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edən Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.Bildirilib ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə tərəqqi və milli kimliyimizin dirçəldilməsi dövrü kimi, Azərbaycanın dövlətçilik tarixində parlaq bir mərhələni təşkil edir.
Məhz 1969-cu il 14 iyul tarixindən, Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycan dövlətinin həqiqi inkişafı başlanıb.