Ulu Öndərin xatirəsi Rustavidə ehtiramla anılıb AZƏRTAC

12.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 12 dekabr, AZƏRTAC

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Rustavi Təhsil və Mədəniyyət Mərkəzi”ndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Rustavi şəhər 18 saylı ictimai məktəbin tarix müəllimi Savalan Osmanlı Mərkəzin nəzdindəki dil kurslarında təhsil alan şagirdlərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu, həyat və fəaliyyətinə dair açıq dərslər keçirib.

Daha sonra çıxış edənlər dahi şəxsiyyətin Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı rolu, Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısı barədə ətraflı məlumat veriblər.

Mərkəzin üzvləri və şagirdlər Rustavi şəhərində Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью