Ulu Qaraçöp mahalinda Zəfər Günü qeyd olunub

16.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saqareco rayonunun Qaraçöp mahalinda fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzində şagirdlər və müəllim heyətinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Rafail Süleymanov tədbir iştirakçılarını bu əlamətdar və şanlı gün münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb. Rafail Süleymanov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər xalqımızın birliyinin, həmrəyliyinin təntənəsidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rol oynayır. Direktor şagirdlərə öz təhsilləri və uğurları ilə gələcəkdə xalqımıza və dövlətimizə layiqli töhfələr verməyi arzulayıb.

Mərkəzin müəllimləri və iştirakçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, bu Qələbənin bütün dünya azərbaycanlıları üçün yaratdığı böyük qürur hissindən və tarixi ədalətin bərpasından danışıblar. Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Zəfər Gününə, Vətənə və qəhrəmanlarımıza həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью